"Zibil tökülən Gorançaydan, su içirik, paltar yuyuruq, çimirik" – FOTOLAR

"Zibil tökülən Gorançaydan, su içirik, paltar yuyuruq, çimirik" –

Goranboy rayonunun Veyilsi kəndi zibil içində batır.
“RegionNews.az” xəbər verir ki, bir neçə yerə avtomobillərlə zibil boşaldılıb. Ətrafda üfunət qoxusu baş çatladır. Külək isə həmin zibilləri Gorançaya atır. Sakinlər son 10 gündə traktorlarla, digər zibil daşıyan maşınlarla çayın yaxınlığına zibil boşaldıldığını deyirlər. Çayın o qədər də gur olmayan suyunu həmin zir-zibil çirkaba çevirir. Sakinlər bildirir ki, məcbur qalıb zibillənmiş çay suyundan içməklə xəstəliklərə yoluxacaqlarından ehtiyatlanırlar.
Kənd sakinləri Ceyran Ağakişiyeva, Gülüstan Həsənova, Əliyar Böyükkişiyev bildirirər ki, zibili gətirib çayın içərisinə töküblər:
"Körpə uşağımız var çimizdiririk, paltarın yuyuruq 10-15 gündü biz bu vəziyyətdəyik. Sudan çimmək, əkin və içmək üçün istifadə edirik. Bu sudan bütün kənd istifadə edir. Biz neynəyək? Zibilin tərkibində də, o qədər kimyəvi maddələr var ki, bunun da hamsını külək gətirib çayın içinə tökür. Bu camaat da heç bir yerdən, arteziandan içməli su üçün istifadə etmir. Bu çay suyundan isifadə edirik, bu da bizi xəstələndirir. Özümüz də,uşaqlarımız da xəstəlik tapır.
Qeyd edək ki, Gorançaydan Veyisli, Rəhimli və bir neçə kənd həm suvarmada, həm də içmək üçün istifadə edir. Rayonun bir neçə yaşayış məntəqəsinə isə avtomobillərlə həmin çaydan su daşınır.
Digər kənd sakini İbad Kərimov bildirir ki, bütün xəstəxananın zir-zibilini gətirib bura tökürlər: "Bu çaydan Veyisli, Şəmmətli, Rəhimli kəndləri istifadə edir. Hətta mal-qara da bura gəlir".
Çayın ətrafında yaranan vəziyyətlə bağlı Goranboy rayon Mənzil Komunal İstismar İdarəsinə müraciət etdik. İdarədən  bildirildi ki, əraziyə zibil avtomobilin nasazlığı səbəbidən boşaldılıb. 
Əfqan Cəfərov - Mənzil Komunal İstismar İdarəsinin əməkdaşı bildirdi: "Orada maşın xarab olub, ayrılan yerə çatdıra bilməyib, təkər buraxıb ona görə ora boşaldılıb. Bu səsəbdən problem yaranmışdı. O da aradan qaldırlacaq. Həmin zibil oradan yığılıb, ayrılan sahəyə töküləcək. Sakinlərin dediyi məsələ aradan qalxacaq".
Qeyd edək ki, Gorançayın ətrafına tökülən zibilin yığışdırılmasına adiyyatı qurum söz verdi. İndi qalır onların vədinə əməl etməsini gözləmək. (yeniavaz.com)


ə