“Zaqatala Hava Limanının bağbanı var, təyyarəsi yoxdur” - Deputat

“Zaqatala Hava Limanının bağbanı var, təyyarəsi yoxdur” -

“Əvvəllər hökumətin üzvləri deputatlarla büdcə müzakirələrinə o qədər də açıq deyildilər, artıq vəziyyət dəyişib”.

“RegionNews.az” xəbər verir ki,  bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

Deputat Zaqatala Hava Limanı ilə bağlı olan problemə də toxunub: “Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur. Bu problemin həll olunması üçün hökumətə müraciət edirəm”. (APA)