"Zəngəzur dəhlizi hərtərəfli iqtisadi dividentdir" - İQTİSADÇI BAXIŞI 

"Zəngəzur dəhlizi hərtərəfli iqtisadi dividentdir" -

Böyük Vətən müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması Azərbaycanın ən böyük uğurlarından hesab olunur. İqtisadçılar hesab edir ki, bu dəhlizin açılmasından sonra idxal və ixracın artması ilə yanaşı bazarda qiymət fərqinə də, yəni ucuzlaşmalara gətirib çıxaracaq. 

Mövzuya münasibət bildirən “Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Elçin Bayramlı regionnews.az-a danışarkən bildirib ki, Zəngəzur dəhlizi strateji bir dəhlizdir, hətta Sovet vaxtında bu dəhlizlə böyük dövriyyələr mövcud idi: 

Çoxuşaqlı ailələrin sayı sürətlə azalır: İki uşaqlı ailə modelinə keçirik -  SOS

"İndi isə sərhəddlərin açılması ilə əlaqədar Türkiyə, Gürcüstan, Ermənistan, Azərbaycan və Rusiya da bu dəhlizdən yararlanacaq. Böyük ipək yolu dəhlizlərindən biri də ora qoşulmalıdır. Üstəlik bu dəhlizlə Avropaya çıxışımız da daha asanlaşır. Türkiyə isə bizim üzərimizdən Orta Asiyaya daha rahat çıxış imkanı əldə etmiş olur. Yeni açılacaq dəhliz vasitəsi ilə tranzit imkanlarından yaxşı gəlir əldə etmək olar. Azərbaycan daha rahat məhsul ixrac edə bilər, eyni ilə xaricdən də məhsulları əldə etməyimiz asanlaşar. Hərtərəfli iqtisadi dividentdir. Region ölkələr üçün iqtisadi və çoxtərəfli inkişaf üçün ən əlverişli şərait yaranacaq" 

İqtisadçı deyir ki, Azərbaycan son illərdə regional dəhliz qovşağına çevrilmişdi: 

"Amma çox perspektivli kanal qalmışdı ki, bu qovşağa qoşulsun. Bizim strateji əhəmiyyətimiz dəfələrlə artır. Rusiyadan gələn qatarlar o qovşağdan keçəcək və biz tranzit əldə edəcəyik. Türkiyədən gələn mallar Gürcüstandan keçməklə əlavə gömrük xərci və uzun vaxtla gəlib bizə çatırdı. İndi isə ucuz və daha tez olacaq. Bu halda gömrük xərclər azalacaq. Azərbaycan nəqliyyat qovşağına çevriləcək. Birinci növbədə bizim üçün lazımdır. Bəzən deyirlər Ermənistan blokadadan çıxır, amma biz iki-üç dəfə daha artıq yararlılıq əldə edirik".