Yevlax xəstəxanasında koronaviruslu xəstədən rüşvət istədilər

Yevlax xəstəxanasında koronaviruslu xəstədən rüşvət istədilər

Yevlax mərkəzi xəstəxanada koronavirus xəstələrinə qarşı biganəlik var. Rayon sakinləri müraciət etdikdə, onlardan pul tələb  olunur, əks halda şikayətlərinə baxılmır. Xəstəxanada  icbari sığortanın tətbiq olmasına baxmayaraq insanlar ödədikləri sığorta haqqını da istifadə edə bilmirlər. 

Bu kimi fikirlərlə regionnews.az-a müraciət edən və pedeqoji fəaliyyətlə məşğul olan Rəvanə  Ələkbərova deyir ki, mərkəzi xəstəxanada "Kate" analizi vermək üçün müraciət etdim, həkim Təhməzova Aynur məndən əvvəl 70 manat, sonra endirimlə 40 manat pul istədi: 

"Məndə koronavirusun əlamətləri var. Xəstəxanaya müraciət etdim. O həkim mənə dedi ki, pul verməsən, analizin cavabını verməyəcəm. Beləliklə analizin cavabını mənə nəhayət dörd günə verdi. Dəfələrlə dedim ki, mən maaşımdan sığorta haqqı ödəyirəm. Sığortanın tətbiq olunduğu xəstəxanada məndən pul tələb edirlər. Radiologiya şöbəsində həkim Aynur Təhməzova mənə deyir ki, mən heç kimin qanunu eşitmirəm, nə də Preziden qanunu bilirəm. Aparatı öz cibindən aldığını bildirir. Pandemiyanın belə vaxtı radiologiya şöbəsini 10-30-da bağlayır. Heç kimi eşitmir, pul almasa heç kimə baxmır. Baş həkimə şikayət etdim, dedi ki, biz ona heç nə edə bilmirik". 

TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış saytımıza açıqlamasında bildirib ki, vətəndaş araşdırılması üçün müraciət edə bilər: 

"Həmin vətəndaşın əlində fakt və sübut varsa, hüquq mühafizə orqanlarına müraciət etsin, araşdırılsın".