Yevlax Rayon Mühafizə Polisi İdarəsinin yeni rəisi təyin edildi

Yevlax Rayon Mühafizə Polisi İdarəsinin yeni rəisi təyin edildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib. 

RegionNews.az xəbər verir ki, nazirin əmri ilə Ucar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Səbuhi Arif oğlu tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə S.İsmayılov Yevlax Rayon Mühafizə Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.