Xızı sakini armaturla döyüldü

Xızı sakini armaturla döyüldü

Xızı rayonunda 49 yaşlı kişinin qohumu tərəfindən armaturla döyüldüyü bildirilir.

“RegionNews.az” xəbər verir ki, hadisə rayonun Sitalçay kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Hüseynbala Məmmədəli oğlu Bağırova bacısının qaynı tərəfindən xəsarətlər yetirildiyi ehtimal olunur.

Xızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən H.Bağırova səthi travmalar, başın açılmış-kəsilmiş yarası diaqnozları qoyulub.

Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (report)