Xaricdə 5 manata satılan pambığı fermerlərdən 68 qəpiyə alırlar - Rəqəmlər

Xaricdə 5 manata satılan pambığı fermerlərdən 68 qəpiyə alırlar -

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 45 min 343 ton pambıq lifi ixrac edib. 
“RegionNews.az” açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan pambıq lifinin gömrük dəyəri 103 milyon 778,6 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi xaricə satılan pambığın 1 kiloqramının gömrük dəyəri 2,28 dollar (3,87 manat) təşkil edib. 
Məlumat üçün qeyd edək ki, hazırda dünya bazarlarında pambığın 1 kiloqramının orta satış qiyməti 3,17 dollara (5,4 manat) bərabərdir.
Azərbaycanda isə 1-ci növ pambığın hər kiloqramı fermerlərdən 68 qəpiyə (0,41 dollar) satın alınır.
Son 6 ildə 1 kq pambığın dünya bazarıdakı orta qiyməti, fermerlərdən alış qiyməti və ixrac olunan pambığı orta gömrük dəyəri aşağıdakı kimi olub:

İllər Fermerlərdən
alış qiyməti
Gömrük
dəyəri
Dünya bazarında
 orta qiymət
2017 0,29 $ 1,37$ 1,62 $
2018 0,35 $ 1,48 $ 1,82 $
2019 0,38 $ 1,38 $ 1,48 $
2020 0,38 $ 1,34 $ 1,4 $
2021 0,41 $ 1,66 $ 2,1 $
2022
Yanvar-May
0,41 $ 2,28 $ 3,17 $

(yeniavaz.com)