Xəstə canı ilə əlləşir... HƏKİM CİBİNİ GÜDÜR... - GİLEY

Xəstə canı ilə əlləşir... HƏKİM CİBİNİ GÜDÜR... -

Fövqəladə Hallar Nazirliyinə məxsus Zığdakı modul hospitalda özbaşınalıqlar davam edir. Hospitalın baş həkimi İmran Ağayevin rüşvət almasına görə həbs edilməsindən sonra yenə də neqativ hallara yol verilir.
Sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən bildirir ki, tibb bacıları komada olan xəstə yaxınlarına zəng edərək onlardan pul istəyir.
Tibb işçiləri “komadakı xəstənizin altını dəyişirik” deyərək konkret məbləğlərdə pul istəyirlər. Məlumata görə, bu məbləğ 200-300 manat arası dəyişir və hər dəfə təkrarlanır.

(tia.az)