Vilayət Eyvazov Quba Rayon Polis Şöbəsinə rəis müavini göndərdi

Vilayət Eyvazov Quba Rayon Polis Şöbəsinə rəis müavini göndərdi

Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub. 

RegionNews.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Balakən rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Vüsal Rüstəmov vəzifəsindən azad edilərək Quba Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Balakən rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinin müvəqqəti icrası isə polis kapitanı Rüstəm Hüseynova həvalə olunub.