UEFA qərar verdi: "Keşlə" Şamaxıya gedir

UEFA qərar verdi:

UEFA "Şamaxı"nı "Keşlə" klubunun varisi kimi tanıyıb.

“RegionNews.az” xəbər verir ki, bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Assosiasiya rəsmisi "Şamaxı"nın loqosunda "2022" yazılmasına da münasibət bildirib.

Məmmədov loqo seçiminin kluba aid olduğunu vurğulayıb: "Loqonun hansı formada olması və orada hansı ilin yazılması onların öz seçimidir. Ola bilsin, 2022 - Şamaxıya köçdükləri ili göstərir. Klub "Keşlə"nin cari mövsüm qazandığı xallarla mübarizəyə davam edəcək. Bu da onların "Keşlə"nin varisi olmasına əsas verir".

Qeyd edək ki, "Keşlə" tezliklə ev oyunlarını Şamaxıda yeni adla keçirəcək. (teleqraf.com)