Ucarda güclü yanğın: iki avtomobil və tikili yandı

Ucarda güclü yanğın:

Ucarda baş verən yanğında iki avtomobil yanıb.

“RegionNews.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ucar rayonunda ümumi sahəsi 150 kvadratmetr olan talvarın yanar konstruksiyaları, orada olan “Mercedes” markalı minik avtomobilinin yük hissəsi, “Hyundai” markalı minik avtomobilinin yanar hissələri, 33 ədəd məişət avadanlığı (paltaryuyan maşın və soyuducu), mebel dəsti, iki kvadratmetr taxta və 500 kq buğda yanıb.

Avtomobilin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.