"Toylar qadağan edilib ki, azərbaycanlıların sayı azalsın" - deputatdan ilginc açıqlamalar

"Toylar qadağan edilib ki, azərbaycanlıların sayı azalsın" -

"Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar. Güdülən nəticə budur: dünyada daha çox azərbaycanlının sayı azalsın!”.
“RegionNews.az” xəbər verir ki, bu sözləri Millət vəkili Fazil Mustafa özünün “facebook” səhifəsində yazıb. O bu azalmanı Ermənistanın basdırdığı minalar nəticəsində dünyasını dəyişən azərbaycanlılarla müqayisə edib:
"Anlaşılandır. Ermənilər mina basdırıblar ki, hər hansı bir azərbaycanlı üzərinə çıxsın və partlayış nəticəsində ölsün. Güdülən nəticə budur: az da olsa dünyada azərbaycanlının sayı azalsın!
Anlaşılmazdır. Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar. Güdülən nəticə budur: dünyada daha çox azərbaycanlının sayı azalsın!
Mənaca bir-birinə dəxli olmayan fərqli-fərqli sillogizmlərdən oxşar nəticələrin çıxmasına görəsən məntiqdə necə izah verirlər? Lütfizadənin itkisini indi hiss edirik e... Formal məntiqə uyğun gəlmirik, qeyri-səlis məntiqə də yaxın düşməyə səlisliyimiz imkan vermir. 2039-cu ildə o dövrə qədər pandemiyadan sağ çıxan qocaman müxalifətçilər döşəyəcəklər yazıq səfərbərlik üzrə dövlət rəisinin qabırğasına: belə xəyanət olar, orduya niyə yüz-yüz əlli adam çağırmısan? Duymadıq, oxumadıq deməyin".