Tələbələrdən sentyabradək vaksin sənədi tələb edilir? - AÇIQLAMA

Tələbələrdən sentyabradək vaksin sənədi tələb edilir? -
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən COVİD-19 pasportu tələb edilir.
“RegionNews.az” xəbər verir ki, bu barədə bir qrup tələbə sosial şəbəkələrdə paylaşım ediblər.
Qeyd edilir ki, sentyabrın 15-ə qədər dərslər qismən oflayn keçiriləcək. Bununla əlaqədar olaraq, vaksinasiya olunmuş tələbələrin vaksin sertifikatlarının universitetin e-mail ünvanına göndərilməsi tapşırılıb.
Məsələ ilə bağlı ADNSU ilə əlaqə saxladıq.
Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov bildirdi ki, belə bir tapşırıq yoxdur:
“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu, Təhsil Nazirliyinin təsis etdiyi universitetdir. Nazir də dərslərin başlaması ilə bağlı mətbuata açıqlama verib. Ümumi mənada nə qərar verilsə, ADNSU-da tədrisi elə davam etdirəcək”. (bakupost)