Tələbə köçürülməsi başa çatdı, yaranmış akademik borclar necə ödənilməlidir? 

Tələbə köçürülməsi başa çatdı, yaranmış akademik borclar necə ödənilməlidir? 

Artıq universitetlər arası tələbə mübadiləsi başa çatıb. Bu proses bir neçə ildir ki, onlayn qaydada tənzimlənir. Təhsil Nazirliyinin transfer.edu.az saytı vasitəsi ilə proses şəffaf aparılır. Lakin tələbələrin köçürüldüyü təhsil ocağında akademik borcları yaranır. Belə ki, onun dinlədiyi fənn köçürüldüyü universitetdə dinlənilmədiyi halda, dinləmədiyi fənn isə mütləq şəkildə kəsrə çevrilir. Bu isə tələbələr üçün əlavə vaxt və maddi dəyər itkisinə səbəb olur. Bəs bu mexanizm necə tənzimlənə bilər və bu yanaşma doğru sayılırmı? 

Mövzunu regionnews.az-a şərh edən təhsil eksperti Kamran Əsədov dedi ki, bu tələbənin öncədən şərtləri qəbul etməsindən sonra baş tutan prosesdir, öncədən o bütün şərtləri qəbul etmiş sayılır:


"Əvvəlcə bunu qeyd edim ki, tələbələrin bir təhsil müəssisəsindən digərinə, eyni zamanda  bir ixtisasdan digər ixtisasa köçürülməsi ildə iki dəfə baş tutur. Seçim zamanı tələbə öz ixtisasına və balına uyğun seçim etməlidir. Öz balından yuxarı ixtisas seçiminə imtina verilir, həmçinin sistem qeydiyyata icazə vermir. Tələbələr köçürülmə üçün müraciət etdikdə elektron ərizənin sonunda bütün şərtlərlə, yəni yaranacaq fərqlərlə razılaşdığını bildirir. Baş tutan köçürmələrdən sonra, tələbənin yeni universitetdə fənlər üzrə fərqləri yaranır. Fərq imtahanı odur ki, getdiyiniz yerdə o fənlər keçirilib, siz keçməmisiniz. Bu zaman həmin fənlərdən imtahan verməlisiniz. Həmçinin köçürmə etdikdə olduğumuz yerdə keçdiyiniz fənn, yeni universitetdə hesab olunmur, akademik transkripdə qeyd edilmir. Tələbənin keçmədiyi fənlərdən kəsir yaranır. Bu da universitetlər arası razılaşmaya görə düzgün sayılır".