Təhlükəli elektrik dirəkləri altında yaşayan Güdəcühür sakinləri – VİDEO

Təhlükəli elektrik dirəkləri altında yaşayan Güdəcühür sakinləri –

Sabirabadın Güdəcühür kəndinin sakinləri Baku TV-ə üz tutaraq uzun illərdir təhlükə ilə üz-üzə qaldıqlarını deyirlər. 

Elektrik dirəkləri bir neçə ildir ki qəzalı vəziyyətə düşüb.

Sakinlərin sözlərinə görə, onlar ev tikdikləri zaman elektrik xəttləri yox idi, sonradan Kür çayında quraşdırılan su nasoslarını enerji ilə təmin etmək üçün yüksək gərginlikli xəttlər çəkilərək istifadəyə verilib. 

Artıq illərdir basdırılan dirəklər istismar müddətini başa vurduqdan vəziyyət təhlükəli həddə çatıb.

Daha ətraflı Baku TV-nin süjetində: