“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu - RƏSMİ

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu -
"Sumqayıt”ın yeni baş məşqçisi məlum olub.
“RegionNews.az” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
Xəbərə görə, komanda Aleksey Baqaya tapşırılıb. 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Belaruslu baş məşqçi yeni vəzifədə Ayxan Abbasovu əvəzləyib.

Qeyd edək ki, Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), "Dauqava” (Dauqavpils, Latviya) və "Dinamo” (Brest, Belarus) komandalarının sükanı arxasında olub. BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi (2005/2006) olmuş Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. O, 2011 - 2018-ci illərdə köməkçi-məşqçi, 2018-ci ildə baş məşqçi olub və komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə "Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.
Bundan başqa, Aleksey Baqa "Jalgiris”ə 2020-ci ildə Litva, "Şaaxtyor" (Soliqorsk) komandasına isə 2021-ci ildə Belarus çempionluğu qazandırıb. O, Qazaxıstan "Aktobe”sinin də baş məşqçisi olub.