Sumqayıtda dəniz sahilinin hasarlanan hissəsi söküldü - FOTO

Sumqayıtda dəniz sahilinin hasarlanan hissəsi söküldü -

Sumqayıt şəhərində dəniz sahilindəki hasar sökülüb.

Bu barədə Oxu.Az-a Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verib.

“Sumqayıt İH və müvafiq qurumlar tərəfindən dəfələrlə vətəndaşa xəbərdarlıq olunub. Bununla bağlı material hazırlanaraq hüquq-mühafizə orqanlarına göndərilib. Artıq dünəndən həmin ərazidə hasarın sökülməsi ilə bağlı qərar qəbul olunub və bu gün qeyd olunan ərazidə hasar tamamilə sökülüb”, - deyə qurumdan məlumat verildi. 

Sökülən hasarın fotolarını təqdim edirik:

10:36

Sumqayıt şəhərində dəniz sahili hasarlanıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Xəzər dənizinə düşən hissəsi hündür hasarlarla əhatələnib.