Sumqayıtda ağır avtobus qəzası: Yaralılar var

Sumqayıtda ağır avtobus qəzası:

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“RegionNews.az” xəbər verir ki, hadisə Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində baş verib.

Hadisə nəticəsində yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar ən yaxın xəstəxanaya çatdırılıblar. İlkin tibbi yardımdan sonra onlara ambulator müalicə təyin edilib.

Faktla bağlı araşdırma aparılır.