Sumqayıtda ağacları kəsən şəxs böyük məbləğdə cəzalandırıldı - FOTO/VİDEO

Sumqayıtda ağacları kəsən şəxs böyük məbləğdə cəzalandırıldı -

Sumqayıtda ötən gücə ağac kəsən şəxslər cəzalandırılıb.

RegionNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb:

“Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən iki ağacın kəsildiyi və təbiətə 2 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub”.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək”, - deyə qeyd edilib.