Salyanın işdən çıxarılan prokuroruna yeni təyinat - ƏMR

Salyanın işdən çıxarılan prokuroruna yeni təyinat -

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Baş Prokurorluqda kadr islahatları həyata keçirilib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Salyan rayon prokuroru Firdovsi İlyas oğlu Nemətli səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsindən azad olunub.
“RegionNews.az” xəbər verir ki, F.Nemətli yeni təyinat alıb. O, Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru təyin olunub.
Məlumatı Cebhe.info-ya Baş Prokurorluqda təsdiqləyiblər.
Xatırladaq ki,F.Nemətli Salyan rayon prokuroru vəzifəsindən 18 martda azad edilib.