Salyanda çoban ferma sahibini güllələdi

Salyanda çoban ferma sahibini güllələdi

Salyan rayonunda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov APA-ya bildirib ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində yerləşən fermaların birində baş verib.

Belə ki, fermada çobanlıq edən R.Salmanov aralarında yaranmış mübahisə zəminində fermanın sahibi F.Misgərliyə odlu silahdan atəş açaraq xəsarət yetirib. Xəsarət alan şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. 

R.Salmanov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan bir ədəd təhlükəli ov tüfəngi maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.