Salyanda avtomobil 68 yaşlı kişini vurub

Salyanda avtomobil 68 yaşlı kişini vurub

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

RegionNews.az xəbər verir ki, hadisə rayonun Kürqaraqaşlı kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Rüstəmov İbadulla Rüstəm oğlu yolu keçən zaman minik avtomobili onu vurub. Piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.