Salyan və Neftçalada REYD: sürücülər məsuliyyətə cəlb olunublar

Salyan və Neftçalada REYD:

Salyan və Neftçalada dayanma-durma qaydalarını pozan sürücülər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Salyan və Neftçala Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi bölmələrinin əməkdaşları tərəfindən hər iki rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə polis əməkdaşları profilaktik söhbətlər apararaq, onlara törətdikləri qayda pozuntularının yol hərəkəti iştirakçıları tərəfindən xoş qarşılanmadığını və sakinlərin haqlı narazılığına səbəb olduğunu çatdırıblar. Sürücülərə parklanma qaydalarını izah edən inspektorlar, bir daha qaydalara ciddi riayət etmələrini tapşırıblar.

Tədbirlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.