Şahbaz Xuduoğlu Fransanın ən nüfuzlu mükafatlarından birinə layiq görülüb - FOTO

Şahbaz Xuduoğlu Fransanın ən nüfuzlu mükafatlarından birinə layiq görülüb -

“Qanun” nəşriyyat evinin təsisçisi və direktoru Şahbaz Xuduoğlu Fransanın ən nüfuzlu mükafatlarından birinə layiq görülüb.

Bu barədə o, özünün “Facebook” səhifəsində məlumat verib.

Qeyd edilib ki, Şahbaz Xuduoğlu Fransanın mədəniyyət naziri Roselyne Bachelot tərəfindən “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif edilib.

Orden Ş.Xuduoğluna ədəbiyyat sahəsində Fransa-Azərbaycan əlaqələrinin inkişafı, kitabların və əsərlərin nəşrindəki fəaliyyəti, Azərbaycan qanunun aliliyinin möhkəmləndirilməsinə kömək üçün əsasən Avropa (və xüsusən də fransız) hüquqi mətnlərini tanıtmaq səyləri nəzərə alınaraq təqdim edilib.