Şəmkirdə bıçaqlanma: 19 yaşlı gənc xəsarət aldı

Şəmkirdə bıçaqlanma:

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

“RegionNews.az” xəbər verir ki, rayon sakini 2003-cü il təvəllüdlü H.Əkbərov mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Hadisəni törətməkdə onun qonşusu şübhəli bilinir.

Faktla bağlı araşdırmalara başlanılıb.