Şəmkir polisindən əməliyyat: saxlanılan var

Şəmkir polisindən əməliyyat:

Şəmkirdə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

“RegionNews.az” xəbər verir ki, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini Əhməd Qasımov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilib. Saxlanılan şəxs dindirilmə zamanı narkotik maddə bağımlısı olduğunu etiraf edib, faktlarla bağlı araşdırmalar davam etdirilir.