Şəmkir icra hakimiyyətində ƏMƏLİYYAT: başçı və vəzifəli şəxslər SAXLANILDI

Şəmkir icra hakimiyyətində ƏMƏLİYYAT:

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

RegionNews.az Unikal.org-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində icra başçısının sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.

Əlavə məlumat veriləcək.