Şəkidə oğurladığı qızılları satıb, əldə etdiyi pulu əyləncə mərkəzlərində xərcləyən şəxs saxlanılıb - FOTO

Şəkidə oğurladığı qızılları satıb, əldə etdiyi pulu əyləncə mərkəzlərində xərcləyən şəxs saxlanılıb -

Şəkidə fərdi yaşayış evindən oğurluq edən şəxs polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polisə müraciət edən zərərçəkmiş qadın ona məxsus mənzildən 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olmuş müraciət əsasındakeçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin şəhər sakini Ramiz Cabbarov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Araşdırma zamanı R.Cabbarovun qızıl-zinət əşyalarını oğurladıqdan sonra Bakı şəhərinə apararaq orada satdığı, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyi məlum olub.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.