Rusiyanın 10 diplomatı ABŞ-dan QOVULUR

Rusiyanın 10 diplomatı ABŞ-dan QOVULUR

ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır.

RegionNews.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə Fərman imzalayıb.

Sanksiyada Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşının ölkədən çıxarılması da nəzərdə tutulur.

"Birləşmiş Ştatlar Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır. Əməkdaşlar arasında Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri var”, - deyə Ağ evin bəyanatında bildirilir. (APA)