Rusiya NATO ilə bütün əlaqələri KƏSDİ

Rusiya NATO ilə bütün əlaqələri KƏSDİ

Rusiya ilə Qərb arasında gərginlik davam edir.

Rusiya KİV xəbər verir ki, NATO yanında Rusiyanın daimi nümayəndəliyi fəaliyyətini dayandırıb.

Bu barədə xarici işlər naziri Sergey Lavrov məlumat verib. O, qərarın noyabrın 1-dən qüvvəyə minəcəyini əlavə edib.

“NATO Rusiya ilə əlaqə saxlamaq üçün Belçikadakı səfirliyimizə müraciət edə bilər”.

Eyni zamanda, NATO-nun Moskvada yerləşən informasiya bürosu və hərbi missiyası da fəaliyyətini dayandıracaq. (modern.az)