RegionNews.az-ın Qazaxdan işıqlandırdığı internet problemi həll olundu 

RegionNews.az-ın Qazaxdan işıqlandırdığı internet problemi həll olundu 

Bir neçə müddətvcəl Qazaxın Şıxlı kəndin internet problemi ilə bağlı məlumat vermişdik. Belə ki, Qazaxın Birinci Şıxlı kənd sakini Tural Allahverənov deyirdi ki, kəndin internet problemi neçə ildir ki, qalır, hara müraciət etsələr də həll olunmur. 

Bu gün T. Allahverdiyev regionnews.az-ın redaksiyasına zəng edib, problemin həll olunduğunu bildirib: 

"Bir neçə ay bundan öncə Qazax rayon birinci Şıxlı kəndində yaşayan qobumumun  internetlə bağlı probobleminə görə, sizin saytınıza müraciət etmişdim. Bir ildən çox olar ki, bu problemin həll edilməsini gözləyirdi. Hər dəfə boş yer olmadığını, buna görə də internet xidmətlərinin göstərilmədiyini deyirdilər. Saytınızda da bunu işıqlandırmışdınız. Artıq iki gün bundan əvvəl nəyinki mənim qohumuma, hətta həmin kəndə, gözləyən digər kənd sakinləri də internetlə təmin olundu. Mənim dövlət qrumlarına etdiyim şikayətlərlə yanaşı sizin saytınızda bu problemin işıqlandırılması ilə "AzTelekom" həmin kəndə iki özəl şirkətin "Smart telekom" və  "AzFibernet"-i xətt çəkməyə razılıq verib. "AzTelekom" öz istəyi ilə bu şirkətləri internet xidmətinin göstərilməsi üçün dəvət edib. Beləliklə də birinci Şıxlı kəndində internet problemi aradan qaldırılıb. Kənd sakinlərinin çoxu "Smart Telekom" - dan internet çəkdiriblər. Həmin kənddə "AzFibernet" də "AzTelekom"la bağladığı müqaviləyə əsasən müəyən işlərdən sonra xidmət göstərməyə başlayacaq. Dünənə qədər  bu problemin aradan qalxmasına imkan verməyən "Aztelekom" sizin saytda gedən yazıdan və mənim şikayətlərimdən sonra həmin ərazidə internet xidmətləri bərpa olundu. Mən buna görə sizə təşəkkür edirəm. Sizin saytda işıqlandırıldıqdan sonra bir kəndin  problemi aradan qalxdı. Buna görə sizə minnətdarıq".