RegionNews.az-ın işıqlandırdığı məsələ həll olundu: Vətəndaşın maşını geri qaytarıldı

RegionNews.az-ın işıqlandırdığı məsələ həll olundu:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşının Leyla  Qurbanova adlı vətəndaşın maşınını əlindən alması barədə xəbər vermişdik. 

L.Qurbanovanın dediyinə görə, kreditlə maşın götürüb, pandemiya vaxtı ödəniş qabiliyyətini itirdiyi üçün polis onu saxlayıb və maşınını əlindən alıb.  

Bu gün Leyla Qurbanova regionnews.az-ın redaksiyasına zəng edib, sözügedən salon onun avtomobilini geri qaytardığını bildirib. 

""OKEAN-AVTO-2011" MMC-dən zəng olundu. Sizin sayt tərəfindən məsələnin işıqlandırılmasını dedi. Həmçinin məhkəmə qərarının ləğv olunduğu, maşını geri götürəcəyimi bildirdi. Bununla yanaşı, aylıq ödənişin də azaldılması oldu. Yəni ödəniş qabiliyyətim nəzərə alındı". 

Qeyd edək ki, Leyla Qurbanovanın "OKEAN-AVTO-2011" MMC -dən 36 aylıq kredit müqaviləsi ilə alıb. Pandemiya başlayandan sonra 4 ay pul ödəyə bilmədiyi üçün yaranmış 2800 manat borca görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 347 nömrəli maşınla xidmət göstərən əməkdaşı məhkəmə qərarı olmadan yolda onu saxlayıb maşınını almışdı.