"Rayon və kəndlərdə internet problemi var" - Sabir Rüstəmxanlı

"Rayon və kəndlərdə internet problemi var" -

“Təklif edirəm ki, dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı hamının danışmasına, fikir bildirməsinə imkan yaransın. Hörmətli xanım sədr büdcə müzakirəsi qısa çəkir. Burada hər bir deputatın büdcə müzakirəsi zamanı yəqin ki deyiləcək sözləri var”.

“RegionNews.az” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentdə çıxışı zamanı bildirib.

Deputat parlament sədrindən bu məqamın büdcə müzakirəsi zamanı nəzərə alınmasını, mümkünsə müzakirələrin bir qədər uzadılmasına ehtiyac olduğunu deyib.

Sabir Rüstəmxanlı həmçinin rayon və kəndlərdə internet probleminin olduğunu, bu məsələnin həllini gözlədiyini bildirib.

Milli Məclisin bu gün keçirilən iclasında İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında məsələyə baxılıb. (teleqraf.com)