Ramanıda yaranan iyrənc mənzərə: Kanalı zibilləyənlər kimlərdir? - VİDEO

Ramanıda yaranan iyrənc mənzərə: Kanalı zibilləyənlər kimlərdir? -

Bakıda sakinlərin yaratdığı iyrənc mənzərə müzakirələrə səbəb olub.

“RegionNews.az” xəbər verir ki, sosial şəbəkələrdə Bakının Sabunçu rayonu ərazisində yerləşən Ramanı südçülük sovxozu adlanan ərazidəki acınacaqlı mənzərənin görüntüləri paylaşılıb.

Məlumata görə, ərazidə mövcud olan kanal yerli sakinlər tərəfindən zibillik mənbəyinə çevrilib. Üstəlik ərazidə həm də üfunət iyindən də dayanmaq olmur.

Mövcud vəziyyətlə bağlı iki həftədən bir kanal təmizlənsə də, oranı təmiz görmək müşkül məsələyə çevrilib.

Sözügedən görüntüləri təqdim edirik: