Qusarda bələdiyyə sədri QOÇULUQ EDİR - GİLEY

Qusarda bələdiyyə sədri QOÇULUQ EDİR -

Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olan və hazırda Qusar rayonun Kuzun kəndində yaşayan fermer Qədirov Nadir Qədir oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, Qədirov Nadir Xocalı rayonundan didərgin düşüdüyüm vaxtdan dədə-babadan ömür boyu heyvandarlıq təsəsrrüfatıilə məşğul olmuşuq. Qışlaq dövründə cənub regionunda, yay vaxtı isə şimal zonasında olan yaylaqlardan icarəyə göürdüyümüz torpaq sahələrindən istifadə etməklə ailəmizlə birlikdə birtəhər güzəran edirik. Mən 2015-ci ilin martın 16-dan 510 ha torpaq sahəsilə təmin olunmağımız üçün bizim 950 baş xırdabuynuzlu heyvanların yaylaq otlaqla təmin olunması üçün Qusar rayonun Kuzun kəndinə məxsus örüş sahələrində hər ili üçün icarə haqqı ödəməklə 15 illik icarə müqaviləsi bağlamışam ki, heyvandarlığımı inkişaf etdirirdim. Budur, 10 gündür ki, yenə də həmişəki kimi Qusar rayonuna gəlib heyvanlara 2030-cu ilədək icarəyə götürdüyüm örüş sahəsində yenə də qoyunlarımı otarmaq istədim. Lakin bağlamışam.Budur, hansısa haramzada vəzifəli şəxsə arxalanan Baxışov Qabil Məmmədağa oğlu adlı birisi ortalığa çıxıb bizə ultimatom verdi ki, mən buraları Mehriban xanımdan ( AR-nın 1-ci vitse-prezidenti xanım Mehriban Əliyeva nəzərdə ttutulur) almışam. Sizin icarə sənədləri ləğv olub. Soruşduq ki, axı kim bizim 15 illik icarə müqaviləmizi məhkəməsiz ləğv edib? Cavab vermədi. Özü də bizim icarəyə götürdüyümüz 510 ha ərazini almasını təsdiq edən heç bir sənəd göstərə bilmədi. Üç gün əvvəl mayın 5-də günoradan sonra bu Qabil adlı şəxs bizə məxsus və Qusar Olimpiya Kompleksinin yaxınlığında yerləşən əraziyə 2400 baş xırdabuynuzlu, 250 baş iribuynuzlu mal-qarasını yerləşdirib otarır və mənim çobanım olan Əfqan Məhərrəmova iki nəfər yerli Qusar rayon polis Şöbəsinin Rövşən və Elman adlı əməkdaşlarını özü ilə gətirərək təzyiq etmiş, hədə-qorxu gəlmişdir ki, tez buraldan qoyunlarınızı götürüb rədd olub getməsəniz axırı pis olacaq. Qabilin bu özbaşnalığı Krılovun “Qurd və quzu “ təmsilini yada salır.

Qabil Baxışov bizə tam etiraz edərək bildirdi ki, “sənin burada yenidən icarə müqaviləsi bağlamağın üçün gərək Prezident Aparatında vəzifəli adamın olmalıdır. Amma mən bu yerləri Mehriban xanımdan almışam. Bildinmi? Hazırda 2 yataq briqadası ( hər birində 2400 baş qoyun olmaqla) hansısa vəzifəli şəxslərə aid olan adamların mülkiyyəti olan qoyun malın qanunsuz olaraq yəni heç bir sənədləşmə aparmadan, bizə məxsus yüz hektarlrala örüş sahələrini pul-rüşvət qarşılığında yeni bələdiyyə sədrilə gizli anlaşması nəticəsində bu adama verildiyi bildilir. Indi mən Qusar rayonunda çıxılmaz vəziyyətə düşmüşəm. bilmirəm indi özümün icarəsində olan torpaq sahəsindən heyvanları hara aparım.

Cənab nazir Fikrət Məmmədov. Sizdən də xahiş edirəm ki, ƏN-nin Bələdiyyələrlə iş Mərkəzinə göstəriş verəsiniz ki, hər il olduğu kimi bu ildə Qusar rayon Kuzun Bəldiyyəsinin yeni sədrinin özbaşnalığa son qoyaraq qanuni formada mən fermerlə icarə sənədlərim əsasında sahibkarlığımı davam etdiməyimə göstəriş verəsiniz.

Hörmətli Prüzident. Sizdən çox xahiş edirəm ki, məni və çobanım olan Əfqan Məhərrəmovu əsassız olaraq yerli polislərin köməkliyilə təzyiq edən, hədə-qorxu gələn. həqarət edən, hansısa vəzifəli şəxslərin haram pulları ilə əldə etdikləri minlərlə sayı olan heyvanlarına əsassız və qanunsuz olaraq şərait yaradan, yerli bələdiyyə sədrinin və Qadir Baxışovun qanunsuz əməllərinin araşdırılmasına və hüquqi qiymət verilməsinə göstəriş verəsiniz".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...