Qurban Məmmədovun sensasion SƏS YAZISI YAYILDI

Qurban Məmmədovun sensasion

Londonda məskunlaşmış Qurban Məmmədova məxsus qalmaqallı səsyazma ortaya çıxıb. Səsyazmada Qurban Məmmədov xarici dövlətlərdən idarə olunduğunu etiraf edib. 

RegionNews.az "bizim.media"ya istinadən xəbər verir ki, bu barədə Ağabəy Həmidli adlı sosial şəbəkə istifadəçisi özünün "Facebook" hesabında bildirib.

O, Qurban Məmmədovun səsyazmasını paylaşaraq bunları qeyd edib:

"Yuyulması mümkün olmayan bir cinayət varsa, o da vətənə xəyanətdir. 

Dövlət və dövlətçiliyimiz əleyhinə təbliğat aparmaq üçün hər bir Azərbaycanlının ağrı-acılı yeri olan, Tərtər hadisələri üzərində manipulyasiya etməklə, sui-istifadə edənlər mütləq cəzasını almalıdır. Hər dəfə xəyanət edənlər var ki, artıq xəyanət xarakterlərinin bir parçasına çevrilib! Q. Məmmədov kimilərinin...", deyə paylaşımda vurğulanıb.

Qurban Məmmədov isə məlum səsyazısında dəhşətli açıqlamalar verib. O, birbaşa müxtəlif dövlətlərin diktəsi ilə çalışdığını etiraf edib. Səsyazmada əks olunanları təqdim edirik: 

"Mənim apardığım bu iş tək mənim məhsulum deyil ee... Qardaşım burada yüzlərlə ziyalı işləyir. Üstəgəl bəzi dövlətlər rəsmi qaydada mənlə əlaqəyə girir. Nəyi nə vaxt etmək lazımdır, dedirdirlər mənə...Onu bilirsiz...Başa düşdünüz məni?"