Qoyun otarmaq üçün Ağdama gedənlər saxlanıldı - FOTO

Qoyun otarmaq üçün Ağdama gedənlər saxlanıldı -

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 5 nəfər müəyyən edilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan RegionNews.az-a verilən məlumata görə, mayın 13-də səhər saat 6 radələrində polis əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı xırdabuynuzlu heyvanları otarmaq məqsədi ilə Hacıməmmədli kəndi ərazisindən Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.
 
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.