Qazaxın icra başçısı sakinlərin probleminin həllinə söz verib - Bələdiyyə sədrini danladı...

Qazaxın icra başçısı sakinlərin probleminin həllinə söz verib -

Bir qrup Birinci Şixlı kənd sakinləri Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova təkrar şikayət ünvanlayıblar. 

RegionNews.az xəbər verir ki, onlar problemlərinə baxılmadıqda isə “yuxarılara” şikayət edəcəklərini bildiriblər.

Sakinlərin əsas tələbi kənddəki elektrik naqilləri və dirəklərinin illərdir yarasız halda olması və mövcud problemə rayon elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyevin laqeyd yanaşmasına son qoyulması olub. 

Vəziyyətin ciddiliyini anlayan icra başçısı Rəcəb Babaşov kəndə gələrək sakinlərlə görüşüb  və qısa zamanda problemin həll olacağına söz verib. 

Tədbirdən sonra R.Babaşov Birinci Şıxlı kənd bələdiyyəsinin sədri Natiq Məmmədova iradını  bildirib. 

İcra başçısı deyib ki,“Sən olan yerdə problemləri əhali niyə qalldırır? Kəndə ağsaqqallıq edə bilmirsən, bu gedişlə səninlə çox işləyə bilməyimiz mükünsüz görünür”. 

Mövzu diqqətimizdədir...    

(infom.az)