Qazax Diaqnostika Mərkəzində rüşvət - İDDİA+VİDEO 

Qazax Diaqnostika Mərkəzində rüşvət -

Qazax Müalicə-Diaqnostika Mərkəzində həkimin xəstədən pul tələb etməsi ilə bağlı videoçəkliş daxil olub. Videoda xəstə bildirir ki, Mahirə adlı həkim ondan 1500 manat rüşvət alıb. 

Məsələ ilə bağlı Qazax Müalicə-Diaqnostika Mərkəzinin direktoru İbrahimov Kamandar regionnews.az-a bildirib ki, klinikada icbari tibbi sığorta tətbiq olunub və xəstələrdən pul tələb etmək qəti qadağandır: 

"5 manat istəsə idi, adam düşünərdi ki, bəlkə belə anormal hal ola bilər, amma 1500 manat istənilməsi inandırıcı deyil. Doğrudur, az-çox fərq etmir, rüşvət tələb etmək olmaz. Səsdən də tam aydın olmur, xəstə kimdir, hansı həkimi nəzərdə tutur. Bu məsələdə yanlışlıq var. Xəstənin adı da məlum deyil, soruşaq kim ondan pul istəyib, nə üçün istəyib. Görülən işlərə xələl gətirmək üçün belə böhtan xarakterli hallar olur". 

Sözügedən videoçəkilişi təqdim edirik: