Qaratala kəndinin məktəbi qəzalı vəziyyətdədir - VİDEO

Qaratala kəndinin məktəbi qəzalı vəziyyətdədir -

Qax rayonun Qaratala kəndində yerləşən tam orta məktəbdən yayılan görüntülər sosial şəbəkələrdə müzakirə yaradıb.

“RegionNews.az” xəbər verir ki,  məktəbin müəllimi sinif otaqlarının yararsız olması ilə bağlı şikayət videosu çəkərək kömək istəyib.

Bildirib ki, məktəb binasının dağıntılı və qəzalı halda olması uşaqları təhlükə altında qoyur. Məktəbdə istilik sistemi yoxdur. Yağış sinif otaqlarının içinə tökülür. Şagirdlər arasında xəstəlik halları artıb.