Qəbələdə dağlıq ərazidəki yanğın söndürüldü - VİDEO

Qəbələdə dağlıq ərazidəki yanğın söndürüldü -

11 avqust 2021-ci il tarixində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Nazirlikdən verilən məlumata görə, bu gün saat 14:00-da yanğın tam söndürülüb.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, təqribən 150 hektar ərazidə kol-kos və qismən ağaclar yanıb. Relyefin mürəkkəbliyinə və ərazidə küləyin mütəmadi olaraq güclənməsinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin peşəkar və əlaqələndirilmiş fəaliyyəti nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib.