"Qəbələ" klubu cərimələnib

"Qəbələ" klubu cərimələnib

“Qəbələ İdman Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

MMC-yə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) ilə protokol tərtib edilib.

Protokol baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elman İsayevin icraatındadır.

Bu inzibati xətaya görə, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. (report)