Putindən Qazaxıstanla bağlı ilk AÇIQLAMA

Putindən Qazaxıstanla bağlı ilk

"Qazaxıstandakı vəziyyət hamımıza aiddir. Qazaxıstan öz dövlətçiliyinə qarşı təhdidlə üz-üzə gəlib”.

Bu fikirlər Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans formatında keçirilən sammitində bildirib.

“Qazaxıstanda Maydan texnologiyalarından istifadə edilib. Bu ölkəyə hücum təcavüz aktıdır. Buna dərhal reaksiya vermək lazım idi. Biz Qazaxıstanda beynəlxalq terrorçuluğun aqressiyasını müşahidə edirik. Döyüşçülər xüsusi təlimdən keçmişdilər. Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik”, - o vurğulayıb.

Putin deyib ki, KTMT qüvvələri Qazaxıstanda nə qədər lazımdırsa, o qədər də qalacaq: "Sözsüz ki, sülhməramlı kontingent Qazaxıstandan çıxarılacaq".