Putin Ərdoğanla bu mövzunu müzakirə etməyəcək

Putin Ərdoğanla bu mövzunu müzakirə etməyəcək

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla bu gün Soçidə görüşəcək.

“RegionNews.az” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşdə Krımla bağlı məsələyə toxunulmayacağını söyləyib.

“Krımla bağlı Türkiyə tərəfi ilə müzakirə etməyə heç nə yoxdur”-deyə Peskov söyləyib.

Putin-Ərdoğan görüşünün yaxın saatlarda başlanması gözlənilir. (modern.az)