Prezident SOCAR-ın dörd vitse-prezidentini işdən azad etdi - SƏRƏNCAM

Prezident SOCAR-ın dörd vitse-prezidentini işdən azad etdi -

Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

“RegionNews.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Ölkə başçısının sərəncamı ilə həmçinin David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Hər 4 Sərəncam imzalandığı gündən qüvvəyə minir.