Prezident Gədəbəyin icra başçısını işdən çıxardı

Prezident  Gədəbəyin icra başçısını işdən çıxardı

Prezident İlham Əliyev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“RegionNews.az”-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
Qeyd edək ki, İbrahim Mustafayev 28 avqust 2018-ci il tarixdə Gədəbəy Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.