Polisin vəkili döyməsi xəbəri araşdırılır - Şirvan şəhər Prokurorluğundan açıqlama

Polisin vəkili döyməsi xəbəri araşdırılır -

Bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılıb. 

Şirvan şəhər Prokurorluğundan “RegionNews.az”-a bildirilib ki, qeyd olunan faktla bağlı hazırda şəhər prokurorluğunda araşdırma aparılır.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

"Həmçinin, bildiririk ki, 13 avqust 2021-ci il tarixdə saat 15:00-15:30 radələrində Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında cinayət işinə apellyasiya qaydasında baxılan zaman bilavasitə məhkəmə iclası zalında və binanın inzibati zonasında asayişin kobud formada pozulması barədə Şirvan Şəhər Prokurorluğuna Şirvan Apellyasiya Məhkəməsindən material daxil olub", - deyə məlumatda qeyd olunub.