“Paskual Duartenin ailəsi” Azərbaycan dilində nəşr olunub

“Paskual Duartenin ailəsi” Azərbaycan dilində nəşr olunub

Nobel mükafatı laureatı, dünya şöhrətli ispan yazıçısı Kamilo Xose Selanın “Paskual Duartenin ailəsi” romanı Azərbaycanda çap olunub. 

Qanun nəşriyyatında işıq üzü görən kitabda sərt gerçəkliklə üzləşən “kiçik adamın” faciəsi təsvir edilib. Roman İspaniyada qadağan olunduğundan, ilk dəfə Argentinada nəşr edilib və müəllifə böyük şöhrət qazandırıb.

Bu əsər ayrı-ayrı ölkələrdə yüz otuz dəfə nəşr olunub və bu günə qədər də İspaniyada müxtəlif dillərə tərcümə edilən kitabların siyahısında birincidir. Əsəri azərbaycancaya Saday Budaqlı tərcümə edib. (kultura.az)