Ölkə üzrə bütün pensiyalar yanvarın 14-də tam ödəniləcək - DİQQƏT

Ölkə üzrə bütün pensiyalar yanvarın 14-də tam ödəniləcək -

Respublika üzrə bütün pensiyaların yanvarın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

“RegionNews.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.