Oliqarx məmurlar Saatlıda 4 kəndi susuz qoyub – İcra başçısı kəndlilərdən qaçır

Oliqarx məmurlar Saatlıda 4 kəndi susuz qoyub –

Saatlının 4 kəndi susuz qalıb. 

“RegionNews.az” xəbər verir ki, bu barədə HİT.Az-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, hazırda Azadkənd, Simada, Soltanabad və Mircəlal kəndlərində su yoxdur. 

Sakinlər deyir ki, həmin kəndlərdəki arxlar quruyub: “Kəndin içməli və təsərrüfat suyu bu arxlar vasitəsilə təmin edilirdi. Artıq bir müddətdir ki, arxlar quruyub”.

Sakinlər bildirir ki, Azadkənddə vəziyyət daha acınacaqlıdır. Bu kəndin 2 min nəfərdən çox əhalisi var. “Kənddə “Lenin arxı” deyilən bir arx var, artıq quruyub. Kənd camaatı müvafiq qurumlara müraciət etsə də, nəticəsi olmayıb. Rayonun icra başçısı iyunun 28-də kəndə gələrək şəhidlərin xatirəsinə ucaldılan abidənin açılış mərasiminə qatılmalı idi. Kənd sakinləri də düşünürdü ki, tədbirdən sonra icra başçısından suyun hesabını sorsunlar. Bundan xəbər tutan icra başçısı açılış mərasiminə gəlməyib”, - deyə sakinlər əıavə edib.

Onların sözlərinə görə, arxların quruması səbəbsiz deyil: “Küdrü düzündə oliqarx-məmurların əkin sahələrinə gedən arx dolu su kollektorlara axıdılır, ancaq camaat içməyə su tapmır. Burada Hacı İbrahim Nehrəmlinin və başqa oliqarxların hektarlarla sahəsi var. Arxlara gələn suyun qarşısı alınaraq, bu sahələrə yönləndirir. Ona görə də arxlar quruyur”.